Geri

“Ümumdünya Mülki Müdafiə Günü” qeyd edilib

2019-cu il 1 mart tarixində FHN-in Şimal-qərb Regional Mərkəzi İsmayıllı rayonunun şəhər 6 nömrəli, Qəbələ rayonunun Vəndam qəsəbə 2 nömrəli və Nohurqışlaq kənd tam orta məktəblərində, eləcə də Oğuz rayonunun 1 nömrəli şəhər məktəbində “1 Mart -  Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Uşaqların təhlükəsizliyi - Bizim məsuliyyətimiz!” mövzusunda tədbirlər keçirib.

Tədbirlərdə rayon İcra Hakimiyyətlərinin, təhsil ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

“1 mart - Ümumdünya Mülki Müdafiə Günü”, “Məktəblərdə mülki müdafiənin təşkili” və “Fövqəladə hallar haqqında ümumi məlumat” ilə bağlı məruzələr dinlənilib.

Çıxış edənlər Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, “Ümumdünya Mülki Müdafiə Günü”nün  əhəmiyyəti, “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Sel və daşqın”, “Torpaq sürüşməsi”, “Nəqliyyat qəzaları” və “112” qaynar telefon xətti” barədə ətraflı məlumat veriblər. Belə maarifləndirici və təbliğat xarakterli tədbirlərin əhalinin baş verə biləcək fövqəladə hallara ilkin hazırlığına, fövqəladə hallar zamanı davranışına, özünə və digərlərinə tibbi yardımın göstərilməsinə, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə köməklik göstərilməsi məqsədi daşıdığını vurğulayıblar.

İştirakçılara mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları, ilkin tibbi yardım, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqda, habelə qəza-xilasetmə işləri zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyaları izah edilib.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu