Geri

“Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbirlər təşkil edilib

2019-cu il 1 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada FHN-in Aparatının Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin məsul şəxsləri, Nazirliyin Bakı Regional Mərkəzinin şəxsi heyəti, eləcə də, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi iştirak edib.

“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”, “Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi” və “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” ilə bağlı dəyirmi masa iştirakçılarına ətraflı məlumat verilib. Çıxış edənlər Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, “Ümumdünya Mülki Müdafiə Günü” və onun qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvlüyü, Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi, eləcə də Mülki Müdafiə sahəsində təbliğat və əhalinin maarifləndirilməsi barədə geniş danışıblar.

Dəyirmi masada iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bu günün əhəmiyyətindən söhbət açıb və tədbirlərin təşkilinə görə FHN-nə öz minnətdarlığını bildirib.

 “Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı digər tədbir Xəzər rayonunda keçirilib.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə yanaşı, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi, hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Tədbirdə “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar ətraflı məlumat verilib, sülh və müharibə dövrlərində mülki müdafiə tədbirlərinin əhəmiyyəti vurğulanıb, ərazi mülki müdafiə dəstələrinin şəxsi heyət, texnika, avadanlıq və əmlakla komplektləşdirilməsinə baxış keçirilib, eləcə də funksional vəzifələrlə bağlı məruzələri dinlənilib. Sonda geniş diskussiya və fikir mübadiləsi aparılıb.

O cümlədən, Bakı Regional Mərkəzinin şəxsi heyəti “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı paytaxt məktəblərində, müxtəlif müəssisə və təşkilatlarda keçirilən tədbirlərdə, açıq dərslərdə iştirak edib və müvafiq məlumatlar veriblər.

Qeyd edək ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd olunur.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Bərdədə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu