Geri

Regional mərkəzlər tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir

2019-cu il 29 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional DYNİ-inin iştirakı ilə Qəbələ şəhər 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları və yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

Tədbirlərdə qeyd edilən müəssisələrin kollektivinə təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilib.

Həmçinin, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin roluna dair məruzələr edilib.

Sonda suallar cavablandırılıb, mövzular ilə bağlı fotoslayd və videoçarx nümayiş olunub.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu