Geri

FHN-in Akademiyasının professor-müəllim heyəti və kursantları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

29 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərliyi ilə Akademiyanın bir qrup professor-müəllim heyəti və kursantları 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edərək xatirə abidəsinin önünə gül dəstələri qoyub, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edilib.

Ziyarətçilər, əvvəlcə Qudyalçay vadisində yerləşən, erməni cəlladlarının qətlə yetirdikləri faciə qurbanlarının saysız-hesabsız insan sümüklərinin qalıqları olan məzarlığa baş çəkib.

Sonra kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə soyqırımına aid tarixi sənədlərin olduğu muzey ekspozisiyası ilə tanış olublar.

Ziyarətçilərə məlumat verilib ki, XX əsrin əvvələrində bolşevik-erməni dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri etnik təmizləmə və təcavüzkar siyasət nəticəsində bir çox bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb. Quba soyqırımı məzarlığı 2007-ci ilin aprel ayında ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Burada müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədlərinin qalıqları qeydə alınıb. Məzarlıqda azərbaycanlılarla bərabər Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü ilin sentyabrın 18-də açılıb.

 

 

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu