Geri

Aran Regional Mərkəzi tərəfindən nümunəvi mülki müdafiə məşqi keçirilib

2019-cu il 29 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Telekommunikasiya Qovşağında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə işinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

Məşqin keçirilməsində əsas məqsəd şərti olaraq baş vermiş zəlzələ, yanğın və partlayış hadisələrinin nəticələri aradan qaldırılarkən obyektin rəhbər və komandir-rəis heyətlərinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməsinə, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılmasına, əhalinin təhlükəsizlik və müdafiə dərəcəsinin yüksəldilməsinə köməklik göstərməkdən ibarət olub. Məşqin keçirilməsinə FHN-in Aran Regional Mərkəzinin komandir-rəis və şəxsi heyəti, həmçinin Naftalan şəhər Telekommunikasiya Qovşağının rəhbərliyi cəlb olunub.

Məşq iki mərhələdə keçirilib. Birinci mərhələ xəbərdarlıq və toplanış həyəcan siqnalı ilə başlayıb. Məşqə cəlb olunan rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb və idarənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılıb. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilib. İkinci mərhələdə isə fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə etmək və düzgün qərarların qəbulu bacarığı əyani nümayış etdirilib.

Məşqin yekunu ilə əlaqədar mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilərək təhlillər aparılıb, qarşıya çıxan nöqsan və çatışmazlıqlar müzakirə olunub.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu