Geri

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

19 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Agentliklə “Azərbaycan Standartlaşdırma İnstitutu”  publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanma  mərasimi keçirilib.  

Memorandum FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov və  “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru Namiq Tağıyev tərəfindən imzalanıb. Memorandumda iki qurum arasında Agentliyin tabeliyində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun potensialından istifadə edərək tikinti materialları və konstruksiyaların sınaq işlərinin aparılma metodikasının beynəlxalq sertifikatlaşdırma sisteminə uyğun təkmilləşdirilməsi, S. Ə. Dadaşov adına ETLKİMİ-nin laboratoriyalarının gələcəkdə beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində metodoloji köməkliyin göstərilməsi, akkreditasiya ilə əhatə olunan istiqamətlərin təkmilləşdirilməsinə dair birgə təkliflərin işlənib hazırlanması, beynəlxalq tələblərə cavab verən standartların birgə işlənilməsi, tikinti materiallarının standartlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və s. məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur. İmzalanmış sənədə əsasən, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və  “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin tabeliyində olan qurumlar arasında müvafiq müqavilələrin bağlanılması da planlaşdırılır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu