Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti fevral ayında 764 təbliğat xarakterli tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin fevral ayında keçirilən “Yanğın təhlükəsizliyi ayı” ərzində ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyətinin iştirakı ilə 764 təbliğat xarakterli tədbir keçirilərək 51 mindən artıq şəxs yanğın təhlükəsizliyi sahəsində maarifləndirilib. 70 ünvanda yolun hərəkət hissəsinin bağlanmasına səbəb olan maneələr demontaj edilib, 98 ünvanda yanğına qarşı su təchizatı qurğusunun nasaz olması aşkar olunub. Yaşayış kompleksləri yerləşən 74 müxtəlif ünvanda “Şərti yanğın” həyəcan siqnalı verilərək əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları cəlb edilib, mövcud əməliyyat şəraiti qiymətləndirilib.

Aşkar olunmuş yanğına qarşı çatışmazlıqların qısa müddətdə aradan qaldırılması məqsədilə aidiyyəti üzrə məktublar ünvanlanıb.

Bu istiqamətdəki tədbirlər davam etdirilir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu