Geri

FHN-in Qarabağ Regional Mərkəzi “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbirlər keçirib

1 mart 2019-cu il tarixində FHN-in Qarabağ Regional Mərkəzinin xidməti ərazilərində fəaliyyət göstərən Ağdam rayonu Xındırıstan kənd tam orta məktəbində, Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbində, Bərdə rayon Mərkəzi Xəstəxanasında, Tərtər rayonu Şıxarx qəsəbəsində, Beyləqan şəhər 1 nömrəli tam orta məktəbində, Laçın rayonu Taxta Körpü qəsəbəsində, Horadiz şəhər 1 nömrəli tam orta məktəbində, Xocavənd rayonu Salakətin kənd tam orta məktəbində, Ağdam rayonu ərazisində yerləşən Kəlbəcər rayonu 128 nömrəli tam orta məktəbində və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbində “1 Mart -  Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Uşaqların təhlükəsizliyi - Bizim məsuliyyətimiz!” mövzusunda tədbirlər keçirilib.

Tədbirlərdə Mülki Müdafiə gününün keçirilmə tarixi haqqında danışılıb,  “1 mart - Ümumdünya Mülki Müdafiə Günüdür”, “Azərbaycan Respublikasının Mülki müdafiə sistemi”, “Uşaqların təhlükəsizliyi-bizim məsuliyyətimiz!”  mövzularında məruzələr edilib. Məruzəçilər çıxışlarında Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, “1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nün  qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvlüyü, mülki müdafiə sahəsində təbliğat və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması haqqında ətraflı məlumatlar veriblər. Çıxışlarda maarifləndirici və təbliğat xarakterli tədbirlərin məqsədinin əhalinin yarana biləcək fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı davranış qaydalarına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə köməklik göstərilməsi olduğu bildirilib. İştirakçılara mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları, ilkin tibbi yardım, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqda ətraflı məlumatlar verilib, həmçinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyaları izah edilib. Toplantılarda rayon icra hakimiyyətlərinin məsul işçiləri, əlaqədar rəhbər şəxslər, rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat nümayəndələri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Bərdədə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu