Geri

“1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar Aran Regional Mərkəzi tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 1 mart 2019-cu il tarixində Ağdaş şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində və Goranboy rayon Mərkəzi Xəstəxanasında “1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda nümunəvi tədbirlər keçirilib.

Tədbirlərdə məruzəçilər “1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nün mahiyyətini və mülki müdafiənin rolunu əks etdirən mövzularda çıxışlar edərək sözügedən işin cəmiyyətdə rolu haqqında qısa məlumat veriblər.

Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin bir qrup zabit heyətinin, İcra Hakimiyyəti Aparatının, Ağdaş rayon Təhsil şöbəsinin və Goranboy rayon Mərkəzi Xəstəxanasının məsul əməkdaşlarının iştirak etdiyi tədbirlərdə, həmçinin qeyd edilib ki, mülki müdafiə dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1972-ci ildən fəaliyyət göstərir və təşkilata hazırda 50-dən çox ölkə daxildir. Azərbaycan Respublikası 1993-cü ildən bu humanitar nüfuzlu təşkilatın üzvüdür.

Bundan başqa, Aran Regonal Mərkəzinin və Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Qızıl Aypara Cəmiyyəti şəhər və rayon bölmələrinin əməkdaşları icra hakimiyyətlərinin, təhsil şöbələrinin, məktəblərin, digər idarə, müəssisə və təşkilatların keçirdiyi tədbirlərdə iştirak edib və məruzələrdə bir daha diqqətə çatdırılıb ki, mülki müdafiənin əsas məqsədi fövqəladə hadisələrin qarşısının alınması istiqamətdə profilaktik tədbirlər planının hazırlanması, maariflənmə yolu ilə bir çox fövqəladə hallarda, istehsalat qəzalarının və digər hadisələrin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Bərdədə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu