Geri

FHN-in Muğan Regional Mərkəzi 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 1 mart 2019-cu il tarixində Salyan rayon, 2 nömrəli tam orta məktəbi və Neftçala rayon, 1 nömrəli tam orta məktəbində 1 mart – “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirib.

Tədbirin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi olub. Dinləyicilərə mülki müdafiə gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumatlar verilib. Məruzəçilər əhalinin mühafizəsini təşkil etməyin, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin əsas vəzifə kimi dayanması, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə insanların təhlükəsizliyinin təminatının daha mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Bərdədə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu