Geri

FHN-in Cənub Regional Mərkəzi “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda tədbir keçirib

FHN-in Cənub Regional Mərkəzi tərəfindən 1 mart 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının iştirakı ilə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyində “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar olaraq “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda “açıq dərs” keçirilib.

Tədbir zamanı şagirdlərə fövqəladə hallar zamanı davranış, mühafizə üsul və qaydaları, təcili və təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, fərdi mühafizə vasitələri, əhalinin təxliyəsi, havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq izah edilib. Bildirilib ki, mülki müdafiə mövzusunda tədbirlərin keçirilməsində əsas məqsəd müharibə və dinc dövrlərdə fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək, mülki müdafiə sahəsində maarifləndirmə işini daim diqqət mərkəzində saxlamaqdan ibarətdir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu