Mehmanxana və mehmanxana tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə tədbirini 27 fevral 2019-cı il tarixində “Hyatt Regency Baku Hotel”ində keçirib.
Tədbirdə mehmanxana rəhbərlərinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıdıqlarını, bütün işçilərinin yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələri və ciddi yerinə yetirmələri xüsusi olaraq vurğulanıb. Eyni zamanda bina və otaqların təmiz saxlanılması, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunması, isitmə mövsümü başlanmazdan əvvəl tüstü bacalarının və tüstü borularının təmizlənməsinin vacibliyi barədə ətraflı söhbət açılıb.
Mehmanxana və mehmanxana tipli obyektlərin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı video-stend nümayiş etdirilib. Həmçinin, yaddaş kitabçası, yanğın təhlükəsizliyi qaydalarından bəhs edən bukletlər metodik vəsait kimi yanğına qarşı təbliğat xarakterli işlərdə istifadə olunması üçün paylanılıb.
Mehmanxananın həyətində əməkdaşlara yanğınların söndürülməsi üçün nəzərdə tutulmuş avadanlıq və vasitələrdən istifadə qaydaları izah olunub və yanar ocaq üzərində praktiki şəkildə göstərilməsi təmin edilib.
Sonda suallar cavablandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Ağdaş Magistral Qaz Kəmərləri Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...
Ardını oxu