24-26 fevral 2019-cu il tarixlərində Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidmətinin Yanğın Təhlükəsizliyi Monitorinq İdarəsinin direktoru Roin Varshanidze, Yanğın təhlükəsizliyi siyasətinin planlaşdırılması şöbəsinin müdiri Zurab Talakvadze və Mülki Müdafiə Xidmətinin direktoru Zaza Pantsulaiadan ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaqlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və FHN-in Akademiyasının fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara Fövqəladə Hallar Nazirliyinin strukturu, fəaliyyət istiqamətləri, maddi-texniki bazası haqqında ətraflı məlumat verilib. Nümayəndə heyətinə qurumların nəzdindəki texnikalar və xilasedicilərin fəaliyyəti əyani şəkildə nümayiş olunub. Vurğulanıb ki, Nazirliyin qurumları istər ölkə daxilində istərsə də ölkə xaricində baş verən təbii fəlakətlərin, hadisələrin nəticələrinin aradan qaldırılmasında yüksək peşəkarlığa malikdirlər.
FHN-in qurumlarında keçirilən görüşlər zamanı qonaqlar yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildiriblər. Yanğın Təhlükəsizliyi Monitorinq İdarəsinin direktoru Roin Varshanidze iki ölkənin qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Ağdaş Magistral Qaz Kəmərləri Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...
Ardını oxu