25-26 fevral 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatında, Cənub, Qarabağ, Muğan, Aran, Gəncə, Sumqayıt və Şimal regional mərkəzlərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
Anım tədbirlərində Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Sovet ordusunun 366-cı alayı tərəfindən beynəlxalq hüquq normaları kobudcasına pozularaq mühasirəyə alınmış Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırımı aktı həyata keçirilib. Baş vermiş vəhşiliyi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət kimi xarakterizə edən natiqlər həmin gecə 613 nəfər dinc sakinin məhz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildiyi vurğulanıb. Bundan başqa, 487 nəfər mülki şəxs ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Qeyd edilib ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub və Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis ilk dəfə bu məsələyə hüquqi-siyasi qiymət verib. Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var.
Anım tədbirlərində Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş olunub.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Ağdaş Magistral Qaz Kəmərləri Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...
Ardını oxu