Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

29 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən MQKİ-nin Qobustan xidmət sahəsində, Qobustan rayon Sədəf kənd tam orta məktəbində, Binəqədi rayonunda yerləşən Ağdam rayon 149 nömrəli köçkün tam orta məktəbində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Səbail rayon 1 nömrəli şəhər poliklinikasında, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Xəzər rayon Binə qəsəbəsi “Timlanol” Uşaq əyləncə mərkəzində, Sabunçu rayon Balaxanı qəsəbə 4 nömrəli tam orta məktəbində, Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən dəmirçi sexində,  Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon Çöl-Ağammədli və Bala-Həşimxanlı  kənd tam orta məktəblərində, Qaragüney kəndində yerləşən Polis bölməsində, Sabirabad rayonu ərazisində yerləşən iki yanacaq doldurma məntəqəsində, Sabirabad şəhər 2 nömrəli Uşaq bağçasında, Şirvan şəhər Uşaq Gənclər İnkişaf Mərkəzində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Goranboy rayonu ərazisində yerləşən Xocalı rayon Aşağı Ağcakənd tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam Məşğulluq Mərkəzində, Ağcabədi şəhər 2 saylı tam orta məktəbində, Bərdə rayon Əmirli kənd ərazi dairəsi üzrə İcra nümayəndəliyi​ndə, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad rayon Göytəpə şəhər Peşə liseyində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Siyəzən şəhər Məşğulluq Mərkəzində  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu