Geri

Maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 29 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 49 saylı Uşaq bağçasında, İctimai obyektlərə nəzarət sektoru Bakı şəhərində yerləşən “Nine” otelində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Güloğlular kəndində yerləşən tam orta məktəbdə, Beyləqan rayon Eyvazlar kənd tam orta məktəbdə, Biləsuvar rayon ərazisində Cəbrayıl rayon məcburi köçkünlər üçün 10 saylı Uşaq bağçasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon 54 saylı “AzPetrol” yanacaq doldurma məntəqəsində, Saatlı rayon Dədə Qorqud kənd Tibb məntəqəsində, Hacıqabul şəhər 1 saylı tam orta məktəbdə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax rayon Rüstəmli kənd tam orta məktəbdə, Goranboy rayon Dəliməmmədli Şəhər Xəstəxanasında, Ucar rayon Rəstəcə kənd Uşaq bağçasında, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhər Türkəçal kənd tam orta məktəbdə, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Quba rayon Kupçal kənd tam orta məktəbdə, Siyəzən rayon Zarat kənd tam orta məktəb və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ şəhər “Qafqaz Sport” otelində  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu