Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə tədbirini 29 oktyabr 2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının həmkarlar ittifaqı işçiləri üçün Akademiyada təşkil olunan “Əməyin mühafizəsinin əsasları” mövzusu üzrə sahə HİRK əməyin mühafizəsi mütəxəssisləri, müvəkkillər, əməyin mühafizəsi üzrə həmkarlar ittifaqı fəalları və müəllimlər üçün təşkil olunan kursda keçirib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin, onun struktur vahidi olan DYNX-nin fəaliyyəti barədə geniş məlumat verilib. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyəti onlara izah olunub, yanğın təhlükəsizliyi qaydaları barədə geniş danışılaraq suallar cavablandırılıb. İlkin odsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib və Xidmət tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri  və “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası tədbir iştirakçılarına paylanılıb.        

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

19 yanvar 2021-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şuşa şəhərində yerləşən ərzaq mağazasında, həmçinin çörək və un məmulatlarının istehsalı sexində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti fəxri fərmanla təltif edilib

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib...

Ardını oxu

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu