Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi 2 oktyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən 3 saylı Qadın Məsləhətxanası və “Landmark” biznes mərkəzində, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Respublika Perinatal Mərkəzdə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “MKT” MMC-nin Yevlax rayon pambıq qəbulu məntəqəsi və Göyçay şəhər 8 saylı Körpələr evi-uşaq bağçasında, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Piran kənd tam orta məktəbdə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Fin qəsəbə tam orta məktəbi və Uşaq bağcasında, Füzuli rayon Əhmədalılar kənd Uşaq bağcasında, Füzuli rayon Telekommunikasiya Qovşağında, Beyləqan şəhər 2 saylı Uşaq bağcasında, Beyləqan şəhər 5 saylı tam orta məktəbdə, Ağcabədi şəhər Kommunal İstismar İdarəsi və Bərdə şəhər 5 saylı tam orta məktəbdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayon, Piratman Gəncəli kənd tam orta məktəbdə, Hacıqabul rayon Meyniman kənd tam orta məktəb və Şirvan rayon Telekommunikasiya Qovşağında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu