Geri

Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2 oktyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademıyasının müraciəti əsasında Akademiyanın Mərkəzi Elmi Kitabxanasında yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in fəaliyyəti və Dövlət Yanğın Nəzarəti Xidməti barədə geniş məlumat verilib, yanğın təhlükəsizliyi qaydaları barədə danışılaraq suallar cavablandırılıb, ilkin yanğısöndürmə vasitələri, onların istismarı və tətbiqi qaydaları haqqında ətraflı məlumatlar verilib. Xidmət tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri və “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası tədbir iştirakçılarına paylanılıb.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu