Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti1 oktyabr  2019-cu il tarixində Bakı şəhərində yerləşən “Riveria” və “Azcot” otellərində, Bakı şəhər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyində, 2 saylı Texnoloji Nəqliyyat Departamentində, Xətai rayon 48 nömrəli tam orta məktəb və Nərimanov rayon 8 nömrəli Şəhər Poliklinikasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zərdab rayon Pərvanlı kənd tam orta məktəbində, Mingəçevir şəhər Uşaq Nevroloji Sanatoriyası və Yevlax rayon İcra Hakimiyyətində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Azərbaycan Dövlət Pedeqoji Unveristetinin Cəlilabad rayon filialında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə şəhər 7 saylı Körpələr evində, Bərdə rayon Lənbəran kənd İcra nümayəndəliyi və Bələdiyyəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Meyniman kənd ərazisində pambıq yığımı və daşınması ilə məşğul olan sakinlərlə, Salyan rayon ərazisində inşaat materialları satışı obyektində və Neftçala şəhər M.Səfərov adına Gimnaziyada, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhər İnteqrasiya təlimi tipli İnternat Gimnaziyasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzusunda məruzələr edilmiş, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarına dair söhbətlər aparılıb. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub. Eyni zamanda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu