Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 27 iyun 2018-ci il tarixində Qax rayon İcra Hakimiyyətində “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirmişdir. Tədbirin keçirilməsində məqsəd əhalinin mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, idarə və təşkilat rəhbərlərinin, kənd və qəsəbə inzibati ərazi nümayəndələrinin və yerli özünü idarəetmə orqanlarının diqqətini bu sahəyə cəlb etmək olmuşdur.

Seminar-müşavirədə Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının sədri, icra hakimiyyəti aparatının kollektivi, rayon idarə və təşkilatlarının nümayəndələri, kənd və qəsəbə inzibati ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və əhalinin mülki müdafiə hazırlığının təşkil olunması”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər” və sair mövzularda çıxışlar etmişlər.

Toplantıda, həmçinin Regional Mərkəzlə rayon icra hakimiyyətləri və eləcə də digər idarə və təşkilatlar arasında olan sözügedən məsələlərlə bağlı qarşılıqlı fəaliyyət planı əsasında işin təşkili müzakirə olunmuş, “112” zəng xidməti haqqında geniş məlumat verilmişdir. Seminar-müşavirədə əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərin nəticələri, eyni zamanda ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirləri ilə bağlı fikir mübadiləsi də aparılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu