30 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda “kim? harada? nə zaman?” intellektual bilik yarışı keçirilmişdir.
Bilik yarışmasının keçirilməsinin məqsədi ulu öndər Heydər Əliyevin zəngin irsini gənc kursantlara təbliğ etmək, daha səriştəli, bilikli gəncləri üzə çıxarmaq, onları intellektual yarışlara həvəsləndirmək və gənclərin hərbi vətənpərvərlik hissini gücləndirmək olmuşdur.
Akademiyanın Tələbə Elmi Cəmiyyəti və Şəxsi heyətlə iş bölməsinin xətti ilə keçirilən yarışda 7 komanda olmaqla 42 nəfər kursant iştirak etmişdir.
Yarışın qaydaları iştirakçılara izah edilkdən sonra bilik yarışmasına start verilmişdir. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində uğurla çıxış edən Yanğın təhlükəsizliyi fakültəsinin III kursunda təhsil alan kursantların “Xilaskar” komandası qalib adına layiq görülmüşdür. Qalib komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının iştirakı ilə Qəbələ rayonu, Şahdağ Milli Parkının Qəbələ bölməsinin nümayəndələri üçün, habelə Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 5 saylı dolayında və Ağsu rayonun meşə ərazilərinə yaxın yerləşən......
Ardını oxu9 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Sırıq kənd tam orta məktəbin müəllim və şagirdləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn formatda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Göygöl Milli Parkında və Hacıkənd-Toğana meşəbəyliyində Meşə Mühafizəsi və Bərpası Müəssisəndə “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu