Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 aprel 2018-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda kursant və magistrların V elmi-praktik konfransı keçirilmişdir.
Əvvəlcə, konfrans iştirakçıları Akademiyanın Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Konfransı giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verərək bildirmişdir ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhurıyyəti qısa fəaliyyəti dövründə çox mühüm nailiyyətlər əldə etmişdir. Lakin yaranmasının 2 ili tamam olmamış Azərbaycan Xalq Cümhuriyyəti rus–bolşevik qoşunları tərəfindən işğal edilərək süquta uğramışdır.
Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk respublikamızdan bizə miras qalan demokratik dəyərlər daha da inkişaf etdirilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqi və öyrənilməsi istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də Cümhuriyyətin irsinin araşdırılması işini daim diqqətdə saxlamışdır.
Ümummilli liderin Xalq Cümhuriyyətinin 80 illiyinin, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları, həmçinin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi bu tarixi fakta dövlət səviyyəsində ehtiramın nümunəsidir.
Akademiyanın rəisi bu cür konfransların keçirilməsinin kursant və magistrların elmi-tədqiqat işlərinə maraqlarının formalaşması, tədris materiallarının yaradıcı səviyyədə mənimsənilməsi, elmi araşdırma üsullarının dərindən öyrənilməsi və onların xüsusi təhsilli mütəxəssis kimi yetişməsi üçün böyük əhəmiyyətə malik olduğunu söyləmiş və tədbir iştirakçılarına uğurlar arzulamışdır.
Konfransda Akademiyanın magistrı Məhəmməd Musayev, kursantlar Ülvi Şəkizadə, Məhəmməd Musayev, Tərlan Mövlanov, Amil Kərimbəyli, İbrahim Şiriyev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Reyhanə Məmmədtağıyeva müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişlər.
Plenar iclasdan sonra “Həyat fəaliyyətinin təhlükəsizliyi və texnogen xarakterli fövqəladə hallar”, “Fövqəladə Hallarda müdafiənin hərbi və sosial problemləri” və “Fövqəladə hallar zamanı yanğınların baş vermə səbəbləri və mühafizə tədbirləri” adlı bölmə iclaslarında kursant və magistrantların məruzələri dinlənilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının iştirakı ilə Qəbələ rayonu, Şahdağ Milli Parkının Qəbələ bölməsinin nümayəndələri üçün, habelə Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 5 saylı dolayında və Ağsu rayonun meşə ərazilərinə yaxın yerləşən......
Ardını oxu9 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Sırıq kənd tam orta məktəbin müəllim və şagirdləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn formatda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Göygöl Milli Parkında və Hacıkənd-Toğana meşəbəyliyində Meşə Mühafizəsi və Bərpası Müəssisəndə “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu