Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 aprel 2018-ci il tarixində Gəncə şəhəri 2 nömrəli Peşə məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Gəncə Regional Dövlət Yangın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak etmişdir.
Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar zamanı zəruri davranış qaydalarına dair biliklərin aşılanması olmuşdur.
Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, sel və daşqınlar, torpaq sürüşmələri, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunmuşdur.
Toplantının nəzəri hissəsinin sonunda suallar cavablandırılmış, yanğınla bağlı təbliğat materialları məktəb rəhbərliyinə təqdim edilmişdir.
Praktiki hissədə isə komplektləşdirilmiş xilasedici avadanlıqları nümayiş olunmuş, ödsöndürən balonlardan istifadə qaydaları əyani şəkildə izah edilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının iştirakı ilə Qəbələ rayonu, Şahdağ Milli Parkının Qəbələ bölməsinin nümayəndələri üçün, habelə Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 5 saylı dolayında və Ağsu rayonun meşə ərazilərinə yaxın yerləşən......
Ardını oxu9 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Sırıq kənd tam orta məktəbin müəllim və şagirdləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn formatda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Göygöl Milli Parkında və Hacıkənd-Toğana meşəbəyliyində Meşə Mühafizəsi və Bərpası Müəssisəndə “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu