Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları ilə birgə 26 aprel 2018-ci il tarixində Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsində maarifləndirmə tədbiri keçirmişdir.

Nərimanabad-1 qəsəbəsinin dənizkənarı ərazisində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak etmişdir.

İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsinin vacibliyi vurğulanmışdır.

Tədbirdə, həmçinin gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınması da diqqətə çatdırılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının iştirakı ilə Qəbələ rayonu, Şahdağ Milli Parkının Qəbələ bölməsinin nümayəndələri üçün, habelə Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 5 saylı dolayında və Ağsu rayonun meşə ərazilərinə yaxın yerləşən......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi onlayn şəkildə maarifləndirmə tədbiri keçirib

9 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Sırıq kənd tam orta məktəbin müəllim və şagirdləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn formatda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Göygöl Milli Parkında və Hacıkənd-Toğana meşəbəyliyində Meşə Mühafizəsi və Bərpası Müəssisəndə “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu