Geri

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Türkiyə KAMU-SEN-in VI Qurultayında iştirak etmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi kimi 21-22 aprel tarixlərində keçirilən Türkiyə KAMU-SEN Həmkarlar İttifaqları Konfederasiyasının VI Qurultayında qonaq qismində iştirak etmişdir.

Tədbirdə çıxış edən Mehman İsmayılov qurultay iştirakçılarını Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi adından salamlamışdır. O, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinə toxunaraq qeyd etmişdir ki, Türkiyə Cümhuriyyətinin qurucusu Böyük Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin  “Bir millət, iki dövlət” deyimləri bu gün artıq hər iki xalqın qarşılıqlı düşüncə tərzinə və iki dövlət arasındakı strateji münasibət və əməkdaşlığın əsas prinsipinə çevrilmişdir.

Həmçinin, vurğulanmışdır ki, iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, hərbi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və həmçinin həmkarlar ittifaqları sahəsində aidiyyəti qurum rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış və dövlətlərarası əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur.

AHİK-lə KAMU-SEN arasında olan münasibətlərə toxunan Mehman İsmayılov bildirmişdir ki, iki qardaş xalq və dövlət, eyni zamanda dövlət başçıları arasındakı səmimi münasibətlər həmkarlar ittifaqları arasında olan əlaqələrə də sirayət etmişdir. M.İsmayılov AHİK-lə Türkiyədə fəaliyyət göstərən, başda KAMU-SEN Konfederasiyası olmaqla digər sendika konfederasiyaları arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir.

Qeyd edək ki, KAMU-SEN Konfederasiyası Türkiyədə müxtəlif dövlət orqanlarında çalışan təxminən 450 min nəfərdən çox dövlət məmurunu öz sıralarında birləşdirən Həmkarlar İttifaqları Konfederasiyasıdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının iştirakı ilə Qəbələ rayonu, Şahdağ Milli Parkının Qəbələ bölməsinin nümayəndələri üçün, habelə Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 5 saylı dolayında və Ağsu rayonun meşə ərazilərinə yaxın yerləşən......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi onlayn şəkildə maarifləndirmə tədbiri keçirib

9 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Sırıq kənd tam orta məktəbin müəllim və şagirdləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn formatda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Göygöl Milli Parkında və Hacıkənd-Toğana meşəbəyliyində Meşə Mühafizəsi və Bərpası Müəssisəndə “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu