Geri

FHN-in qurumlarında və regional mərkəzlərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlarda və regional mərkəzlərdə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar anım mərasimləri keçirilmişdir.

Mərasimlərdə əvvəlcə, soyqırımı qurbanlarının, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım tədbirlərində bildirilmişdir ki, “böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnak terrorçu təşkilatları dəfələrlə müsəlman-türk əhalisinə qarşı qanlı qırğınlar, qətliamlar törətmişlər. Bu qırğınların ən dəhşətlilərindən biri də 1918-ci ilin mart soyqırımıdır. Həmin vaxt erməni daşnakları və silahlı quldur dəstələri tərəfindən Bakıda və Azərbaycanın digər bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış yerləri dağıdılmış, mədəniyyət abidələrinə qarşı vandalizm aktı həyata keçirilmişdir.

Həmçinin qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı faciələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunmuşdur.

Anım mərasimlərində Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamının əhəmiyyətindən də söz açılmış, bu hadisənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlərin əhəmiyyətindən danışılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu