Geri

Kürdəmir rayonunda seminar-müşavirə keçirilmişdir

29 mart 2018-ci il tarixində Kürdəmir rayonunda “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Fövqəladə Hallar Nazirliyinin yerli qurumları ilə Kürdəmir rayon İcra Hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Aran Regional Mərkəzinin, Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin, Aran Regional Yanğın Nəzarəti İdarəsinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Agentliyinin Aran Regional Müfəttişliyinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Aran Regional Müfəttişliyinin əməkdaşları, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbərləri iştirak etmişlər.

Seminar-müşavirədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında FHN-in Aran Regional Mərkəzi ilə qarşılıqlı fəaliyyətin zəruriliyi vurğulanaraq görülən işlər, problemlər və onların həlli yollarından danışılmışdır.

Toplantıda fövqəladə halların qarşısının alınması ilə bağlı təşkil olunmuş maarifləndirmə işləri müzakirə olunmuş, bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

Tədbirdə məruzə edilən mövzular fotoslaydlarla müşayiət olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu