Geri

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilmişdir

29 mart 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Təlim Tədris Mərkəzində Beynəlxalq axtarış-xilasetmə dəstəsinin beynəlxalq axtarış-xilasetmə tədbirlərində fəaliyyətinin təşkili mövzusunda taktiki-xüsusi təlim keçirilmişdir. Təlim zamanı qarşıya qoyulan əsas məqsədlər ­­­­­­Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə dəstəsinə namizədliyi təklif olunmuş əməkdaşlarının Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin (UN OCHA) nəzdində fəaliyyət göstərən Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) tətbiq etdiyi qaydalara uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılması, şəxsi heyətin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi sahəsində bilik və bacarıqlarının daha da artırılmasından ibarət olmuşdur. 

Təlim zamanı Beynəlxalq axtarış-xilasetmə dəstəsinin 1 nömrəli hazırlıq dərəcəsinə gətirilməsi və yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsinin təşkili, gömrük və sərhədkeçmə prosedurlarının icrası, şərti hadisə rayonunda yaranmış vəziyyətin qiymətləndirilməsi və müvafiq qərarların qəbul edilməsi, dəstənin əməliyyat bazasının və Sahə əməliyyatlarının koordinasiya mərkəzinin açılması, dağıntılar altından zərərçəkənlərin xilas edilməsi, hündürlükdən xilasetmə tapşırıqlarının yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirilmişdir.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu