Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 29 mart 2018-ci il tarixində Bakı Fransız Liseyi Təhsil Kompleksi rəhbərliyinin Nazirliyə müraciəti əsasında həmin təhsil müəssisəsində maarifləndirmə tədbiri keçirmışdir.

Tədbirdə Təhsil Kompleksinin kollektivi iştirak etmişdir.

Toplantıda təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunmasına dair tələblərdən söz açılmış, mövzuya dair maaarifləndirici məlumatlar verilmişdir. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını əyani surətdə nümayiş etdirmişlər.

Toplantıda, həmçinin təhsil müəssisələrinin yanğın təhlükəsizliyindən bəhs edən videoçarx nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

Tədbirin sonunda sözügedən mövzuya dair plakat, yaddaş vərəqələri, bukletlər, eyni zamanda “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası da iştirakçılara təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu