Geri

FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir

27 mart 2018-ci il tarixində Şimal Regional  Mərkəzinin  şəxsi heyəti 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir. Ziyarət soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlanmışdır.

Tədbirdə çıxış edən natiqlər 12 minə yaxın azərbaycanlının erməni quldurları tərəfindən qətlə yetirilməsindən, 10 minlərlə insanın itkin düşməsindən danışmış, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli  “31 mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması ilə bağlı imzaladığı fərmanın əhəmiyyətini vurğulamışlar. Natiqlər soyqırımı zamanı baş vermiş həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində hazırda aparılan məqsədyönlü işlərdən söz açmışlar. Çıxış edənlər, həmçinin  bildirmişlər ki, Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il Sərəncamı ilə yaradılmış memorial kompleksi erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarının, təcavüzkar siyasətinin və qanlı cinayətlərinin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Ziyarətçilər abidə-muzeydəki fotoşəkillər və eksponatlarla tanış olmuş, soyqırımı ilə bağlı qısametrajlı filmi izləmişlər.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu