Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Yeni il şənliyi təşkil etmişdir

29 dekabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı FHN-də işləyən əməkdaşların azyaşlı uşaqları üçün “Qafqaz Baku Sahil Hotel”də (Boks Arenası) Yeni il bayramı şənliklərinə start vermişdir. İki gün davam edəcək bayram şənlikləri gündə 4 seans olmaqla təşkil olunmuşdur.

Şaxta Baba, Qarqız və nağıl qəhrəmanlarının iştirakı ilə keçirilən şənliklər uşaqların böyük marağına səbəb olmuşdur. Peşəkar heyət tərəfindən həyata keçirilən tədbirin bədii hissəsi tamaşaçılar tərəfindən də böyük məmnuniyyət hissi ilə qarşılanmışdır.

Şənliklərdən sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı üzvlərinin azyaşlı uşaqlarına ittifaq adından Yeni il bayram sovqatı paylanılmışdır.

Bundan başqa, Nazirliyin tədbirdə iştirak etmək imkanı olmayan, Bakı şəhərindən kənarda yerləşən qurumlarında çalışan əməkdaşlarının azyaşlı uşaqları üçün Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən bayram sovqatı göndərilmişdir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu