Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə tədbir keçirilmişdir

28 dekabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev iştirakçıları əlamətdar bayramlar münasibəti ilə təbrik etmiş, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın 70-dən çox ölkəsində 50 milyona yaxın soydaşımız tərəfindən qeyd olunduğunu diqqətə çatdırmışdır. Akademiyanın rəisi ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsindən söhbət açaraq Həmrəylik Gününün qeyd olunması ilə bağlı tarixi qərarın o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ilin dekabr ayının 16-da verildiyini bildirmişdir. B.Salayev vurğulamışdır ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında Fövqəladə hallar nazirinin müvafiq əmri və Akademiya rəisinin əmri barədə məlumat verilmişdir.

Tədbir Akademiyanın xalq çalğı alətləri ansamblı və incəsənət ustalarının konsert proqramı ilə davam etdirilmişdir.

Qeyd edək ki, Nazirliyin regional mərkəzlərində də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə tədbirlər keçirilmişdir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu