Geri

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirələri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 26-27 dekabr 2018-ci il tarixlərində Səbail və Yasamal rayon İcra hakimiyyətlərində “Rayonun mülki müdafiənin vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanışlar keçirmişdir.

Tədbir zamanı rayon ərazilərində mülki müdafiə işinin mövcud vəziyyəti təhlil edilmiş, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları, mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması məsələləri müzakirə olunmuşdur.

Tədbirdə Bakı Regional Mərkəzinin, İcra hakimiyyətlərinin, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonların təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Müşavirələrdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şixəmmədov və Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elçin Rzayev rayonlarda mülki müdafiə işinin təşkili ilə bağlı görülmüş işlər barədə məlumatlar vermiş, mövcud problemlərin aşkara çıxarılmasının əhəmiyyətini vurğulamışlar.

Daha sonra Bakı Regional Mərkəzinin nümayəndələri “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar etmiş və çıxışlar zamanı rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələləritədbir iştirakçılarının diqqətinə çatdırmışlar.

Toplantılarda rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyi və aidiyyəti obyekt rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verilmişdir.  

Tədbirlərdə səslənən məruzə və çıxışlara münasibət bildirən Bakı Regional Mərkəzinin nümayəndəsi mülki müdafiənin təşkili, xəbərdarlıq, fərdi mühafizə vasitələri və kollektiv mühafizə qurğuları ilə bağlı mövcud problemlərin həllinin ən prioritet məsələlərdən olduğunu bir daha diqqətə çatdırmışdır.

Sonda toplanışda diqqətə çatdırılan mülki müdafiənin təşkili ilə bağlı mövcud olan çatışmazlıqların aradan qaldırıması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.                 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu