Geri

FHN-in Sumqayıt Regional Mərkəzində toplantı keçirilmişdir

26 dekabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində şəhər və rayon İcra hakimiyyətlərinin mülki müdafiə işlərinə məsul şəxslərin iştirakı ilə toplantı keçirilmişdir. Toplantının keçirilməsində məqsəd 2019-cu tədris ili üçün mülki müdafiə tədbirlər planının hazırlanmasına metodiki köməkliyin göstərilməsi olmuşdur. Bundan başqa şəhər və rayonların 2018-ci il ərzində mülki müdafiə üzrə hesabatı, mülki müdafiə kurslarının komplektləşdirmə planları, 2019-cu tədris ilində şəhər, rayon ərzilərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarında keçiriləcək təlim və məşqlərin təqvim planı, Mərkəz tərəfindən keçiriləcək mülki müdafiə məşqlərin tarixləri müzakirə olunmuşdur. 2019-cu tədris ilində tərtib ediləcək hesabat sənədlərinin nümunələri və tərtib edilmə qaydaları iştirakçılara əyani göstərilmişdir.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu