Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Əbədi Ezamiyyət” filmi nümayiş olunmuşdur

Dekabrın 26-da FHN-in Akademiyasında Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Əbədi Ezamiyyət” filminin nümayişi olmuşdur.

Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanan toplantıda Akademiya rəisinin birinci müavini polkovnik-leytenant Qəzənfər Bağırov giriş sözü ilə toplantını açıq elan edərək qeyd etmişdir ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyəti dövründə çox mühüm nailiyyətlər əldə etmişdir. Bildirmişdir ki,  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə mübət hadisə kimi daxil olmuşdur.

Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev qeyd etmişdir ki, 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya göstərməyə nail olmuşdur.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqsünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru professor Solmaz Rüstəmova-Tohidi “Müstəqilliyin çətin yolu” mövzusunda çıxış etmişdir. O, ilk demokratik respublikamızın yaradılmasından süqutuna qədər olan 23 aylıq fəaliyyəti dövrü haqqında ətraflı məlumat vermişdir.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev “Əbədi Ezamiyyət” filmini tarixi keçmişimizin öyrənilməsi və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılması istiqamətində xüsusi rol oynadığını vurğulamışdır.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Əbədi Ezamiyyət” filmi nümayişi olunmuş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin baş prodüseri Arzu Əliyevadır. Bakı, Tbilisi, Moskva və Parisin arxivlərində saxlanılan sənədlər, eləcə də o dövrün kinoxronikası əsasında hazırlanan filmdə nümayəndə heyətinin gərgin əməyi və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi əks olunmuşdur.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu