Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda seminar-müşavirələr keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 27-30 noyabr 2018-ci il tarixlərində Gəncə, Yevlax, Salyan, Xaçmaz, Qəbələ, Sumqayıt və Lənkəran şəhərlərində yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı təbliğat xarakterli seminar-müşavirələr keçirmişdir. Seminar-müşavirələrdə Xidmətin rəis müavinləri - daxili xidmət polkovnikləri Rəşad Əbilov, Aqşin Kazımov və şöbə rəisləri, RDYNİ-nin əməkdaşları, RYMH-nin rəhbərləri, regionların ərazilərinə daxil olan rayonların icra başçılarının müavinləri, polis rəislərinin müavinləri, qaz paylayıcı və elektrik şəbəkələrinin, MKTİB-nin baş mühəndisləri, bələdiyyə nümayəndələri iştirak etmişdir.

Yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsində qarşıda duran vəzifələr, qaz təsərrüfatının istismarı dövründə yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunması, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, yaşayış binalarında yanğın təhlükəsizliyi və tüstü bacalarının təmizlənməsi barədə maarifləndirici çıxışlar olmuş, problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Seminar-müşavirələrin sonunda  “Dəm qazından ehtiyatlı olun”, “Məişətdə yanğın təhlükəsizliyi” mövzularında video-slaydlar nümayiş olumuş, “Yaşayış evlərinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar müşavirə iştirakçılarına paylanmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu