Geri

FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 30 noyabr 2018-ci il tarixində Samux rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirmişdir.

Müşavirədə rayon fövqəladə hallar komissiyasının sədri, idarə, müəssisə və  təşkilatların rəhbərləri, həmçinin mülki müdafiə işinin təşkilinə cavabdeh şəxslər iştirak etmişlər.

Tədbirin keçirilməsində məqsəd Samux rayonunda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, planlaşdırılması,  əhalinin baş verə biləcək fövqəladə hallara hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olmuşdur.

Sonda göstərilən məsələlərlə bağlı dinləmələr olmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu