Geri

FHN-in Qarabağ Regional Mərkəzi müşavirələr keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonlarda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirələr keçirilmişdir.

Müşavirələrdə rayon icra hakimiyyəti başçılarının birinci müavinləri - rayon fövqəladə hallar komissiyalarının sədrləri və rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiəyə cavabdeh şəxslər, qərargah rəisləri iştirak etmişlər.

Tədbirlərin keçirilməsində əsas məqsəd Regional Mərkəzin əhatə etdiyi rayonlarda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, planlaşdırlması, fövqəladə hadisələrdən qorunmaya dair biliklərinin təbliği, əhalinin baş verə biləcək fövqəladə hallara hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olmuşdur.

Müşavirələrdə rayon icra hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin birgə “Qarşılıqlı fəaliyyət planı”ndan söhbət açılmış,  qeyd edilən məsələlər barədə müzakirələr aparılmış, qarşıda duran vəzifələrdən danışılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu