Geri

FHN-in Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzin akt zalında 28 noyabr 2018-ci il tarixində payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq “Payız-qış mövsümündə Sumqayıt RDYNİ-nin xidməti ərazisində yanğın təhlükəsizliyinin təmin olunmasında vəzifələrin icrası, problemlər və aidiyyəti təşkilatlar tərəfindən onların həlli istiqamətləri, qurumlar arasında qarşılıqlı fəaliyyət” mövzusunda müşavirə keçirilmişdir.

Müşavirədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq idarə və şöbələrinin nümayəndələri,  Sumqayıt şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının, Xızı rayon İcra Hakimiyyəti və bələdiyyələrin məsul şəxsləri, FHN Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəhbərliyi  iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan FHN-in Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət polkovniki Fikrət Ələkbərov mövcud problemlərin həlli istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən danışmış, yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının qarşısında  duran vəzifələri açıqlamışdır.

Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi daxili xidmət polkovnik-leytenantı Zabit Dünyamalıyev elektrik, qaz təchizatı və istehlak sahəsində təhlükəsizlik qaydalarına əməl edilməsinin, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, vətəndaşlara ziyan vurulmasına səbəb olan  pozuntuların qarşısının alınması istiqamətində təxirəsalınmadan qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.   

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulamış, bu sahədə FHN Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiklərini diqqətə çatdırmışdır.

Müşavirədə səslənmiş problemlərin həllinə dair müzakirələr aparılmış, təkliflər səsləndirilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu