Geri

Nərimanov rayonunda “Fövqəladə hadisə uşaqların gözü ilə” mövzusunda tədbir keçirilmişdir

29 sentyabr 2017-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Fövqəladə hadisə uşaqların gözü ilə” mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir.

 

Tədbirdə, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, orta ümumtəhsil məktəblərinin müəllim heyəti şagirdlər iştirak etmişdirlər. 
Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Nəcəf Novruzov qalib gəlmiş şagirdləri təbrik etmiş və müsabiqənin uşaqların bu sahədə istedadlarının aşkarlanması baxımından əhəmiyyətini vurğulamışdır

 

Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev bildirmişdir ki, əsas məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, həmçinin istedadlı uşaqların üzə çıxarılmasıdır. Natiq insanın uşaqlıqdan fövqəladə hallara hazır olmasının, bu cür hadisələrdə özünü idarə etməyi öyrənməsinin, həmçinin kiməsə yardım etməyi bacarmasının vacibliyini qeyd etmişdir. 

Daha sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək, şagirdlərə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər fövqəladə halların aradan qaldırılması  məsələləri ilə bağlı məlumat vermişdir.

Çıxışı zamanı o, Fövqəladə Hallar Nazirliyinin yaradılması zərurətindən danışmış, nazirliyin qısa zaman ərzində ən yüksək və müasir tələblərə cavab verən maddi-texniki bazasının formalaşdığını qeyd etmişdir. Həmçinin o, regionda və qonşu ölkələrdə Türkiyə, Gürcüstan, İsrail və Pakistanda baş verən fövqəladə halların aradan qaldırılmasında FHN-nin gördüyü işlər haqqında geniş məlumat vermişdir.

Çıxışının sonunda Mehman İsmayılov müsabiqə iştirakşılarını təbrik etmiş, onlara gələcək təhsillərində uğurlar arzulamışdır.

Sonda inşa və rəsm müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu