Geri

Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyində Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

29 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyi aparatı və agentliyə tabe olan qurumlarda - Dövlət Taxıl Fondu, “Qala”, “Qaya” və “Qoşqar” kombinatında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin hesabat-seçki konfransı keçirilmişdir

Konfransda ilk olaraq, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək rəhbərlik etdiyi ittifaq və görülmüş işlər haqqında məlumat vermişdir.

Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Sevda Həsənova  Dövlət Material Ehtiyatları Agentliyi aparatı və agentliyə tabe olan müəsisələrdə fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin hesabatını vermişdir.

Komitə sədri  çıxışı zamanı qeyd etmişdir ki, hesabat dövrü ərzində fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrini üzvlər arasında təbliğ edilməsi əsasında qurmuşlar. Həmçinin, işçilərin sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsində bütün səy bacarıqlarını əsirgəməmişlər.

Daha sonra Dövlət Material Ehtiyatları Agentliyinin rəis müavini Səyyad Ələsgərov çıxış edərək rəhbərlik etdiyi agentliyin  işçilərinə göstərilmiş diqqət və qayğını yüksək qiymətləndirmişdir.

Qeyd edək ki, konfransda agentlik və ona tabeli müəsisələrdə fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin fəaliyyətinin səmərəliliyinin və effektliyinin daha da artırılması məqsədilə digər kiçik həmkarlar ittifaqı komitələrinin birləşərək vahid bir komitə şəklində birləşdirilməsi təklifi irəli sürülmuş, konfrans iştirakçılarının müzakirəsinə çıxarılaraq bu təklif yekdilliklə qəbul edilmişdir. Həmçinin təklif edilmişdir ki, yeni komitənin adı Dövlət Matereal Ehtiyatları Aparatı və müəsisələri işçilərinin Həmkarlar İttifaqı Komitəsi adlandırılsın.

Konfransın sonunda, yeni yaradılmış komitəyə sədr seçkiləri keçirilmiş və Sevda Həsənova  Dövlət Matereal Ehtiyatları Aparatı və müəsisələri işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu