Geri

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi beynəlxalq təlimdə iştirak etmişdir

25-29 sentyabr  2017-ci il tarixlərində Bosniya və Hersoqovina Respublikasının Tuzla şəhərində, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzi, Bosniya və Hersoqovina Təhlükəsizlik Nazirliyi ilə birlikdə 17-ci Avro – Atlantik Fəlakətlərin  İdarəolunması Mərkəzi fəlakət nəticələrinin idarəolunması sahəsində “Bosniya I Hersoqovina 2017” təlimi keçirilmişdir.     

Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi də iştirak etmişdir.

Təlimin əsas məqsədi NATO üzv və tərəfdaş ölkələr arasında uyarlığın artırılması, təlimlər sahəsində əməkdaşlıq  və ölkələrin milli qabiliyyətlərinin inkişafına töhfə verməkdir. Təlim xilasetmə və axtarış əməliyyatları, fəlakətlərin mülki əhaliyə və mühüm infrastruktura təsiri, o cümlədən daşqınlara cavab və kimyəvi insidentlər üzrə ssenari əsasında keçirilmişdir.

Təlimdə tərəfdaş ölkələrdən müvafiq xilasetmə komandaları, mütəxəssislər və müşahidəçilər iştirak etmişdirlər. 

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu