Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış Xilasetmə Dəstəsi cari ilin 19-21 sentyabr tarixlərində Aİ-nin “Təbii və insan tərəfindən törədilmiş fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirlərinin görülməsi” adlı Şərq Proqramı (EU PPRD east) çərçivəsində Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin Fövqəladə Hallara Cavabın Əlaqələndirilməsi Mərkəzi (ERCC) və Moldova Respublikasının Daxili İşlər Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar Xidmətinin birgə təşkilatçılığı ilə Moldova Respublikasının Kişinyov şəhərində keçirilən geniş miqyaslı sahə təlimində iştirak etmişdir.
Sahə təlimi Moldovada baş vermiş zəlzələnin səbəb olduğu dağıntılar, daşqın və kimyəvi qəza zamanı xilasetmə tədbirlərinin görülməsi məqsədilə Moldova Respublikasının yardım üçün müraciətinin Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin Fövqəladə Hallara Cavabın Əlaqələndirilməsi Mərkəzi (ERCC) tərəfindən əlaqələndirilməsi senarisinə uyğun olaraq keçirilmiş və təlim zamanı şəhər axtarış-xilasetmə, daşqından xilasetmə və təhlükəli maddəyə məruz qalmış insanların xilasedilməsi ilə bağlı əməliyyatlar həyata keçirilmişdir. Bu təlimin məqsədi bu sahələrdə əməkdaşlıq, əlaqələndirmə və rabitə imkanlarını və yardım qəbul edən ölkənin dəstəyi ilə bağlı tədbirləri sınaqdan keçirməkdən ibarət olmuşdur.
Təlimdə tərəfdaş ölkələrdən və Avropa İttifaqının üzv ölkələrindən müvafiq xilasetmə komandaları, mütəxəssislər və müşahidəçilər iştirak etmişdirlər.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu