Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə hallarda davranış qaydaları, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın, dəm qazı zamanı hərəkət qaydaları kimi mövzularında biliklərin aşılanması olmuşdur.
Tədbirdən əvvəl Mərkəzin Xüsusi Xilasetmə hissəsinin xilasediciləri binada yanğın zamanı zərərçəkmiş insanların xilas olunması əməliyyatını praktiki yerinə yetirmiş, məktəbin həyətində Qəza xilasetmə avtomobilində olan xilasetmə avadanlıqlarını müəllim və şagird heyətinə nümayiş etdirmişlər.
Tədbirdə Aran Regional Mərkəzinin xilasediciləri, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.
Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, Sel və daşqınlar zamanı davranış qaydaları” “Od söndürücü balonlardan istifadə qaydaları, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi” və “112” qaynar xətti” mövzularında çıxışlar olunmuşdur. Mövzular fotoslaydlar və videoçarxlarla nümayiş olunmuşdur.
Sonda iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmışdır.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu