Fövqəladə Hallar Nazirliyi Akademiyası işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.
İlk olaraq, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransının işini açıq elan etmiş, rəhbərlik etdiyi ittifaq və görülmüş işlər haqqında məlumat vermişdir. Sonra Fövqəladə Hallar Nazirliyi Akademiyası işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri İradə Kərimova hesabat məruzəsi ilə çıxış etmişdir. O bildirmişdir ki, komitə hesabat dövrü ərzində öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi əsasında qurmuşdur.
Daha sonra Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Pənah Süleymanov çıxış edərək komitə üzvlərinin asudə vaxtlarını səmərəli keçirməsinə, səhhətində problem yaranmış işçilərin sağlamlığının təmin olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verilməsinə, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların edilməsinə, xidmət vaxtı xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması kimi işlərə görə təşəkkürünü bildirmişdir.
Konfransda Fövqəladə Hallar Nazirliyi Akademiyası işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri İradə Kərimova yenidən sədr seçilmişdir. Həmçinin, konfransda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının növbəti aylarda keçiriləcək konfransında iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyi Akademiyası işçilərinin Həmkarlar İttifaqı Komitəsindən 3 nəfər nümayəndə seçilmişdir.
Hesabat-seçki konfransı bitdikdən sonra Fövqəladə Hallar Nazirliyi Akademiyasının yubiley yaşı olan 5 əməkdaşı fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu