Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 27 sentyabr 2017-ci il tarixində Gəncə şəhəri “Qızıl əllər” tədris müəssisəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Gəncə Regional Mərkəzinin, Gəncə Regional Dövlər Yangın Nəzarəti İdarəsinin əməkdaşları və “Qızıl əllər” tədris müəssisəsinin kollektivi də iştirak etmişdir.
Toplantının keçirilməsində məqsəd müəssisənin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.
Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar xətti”, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunmuşdur.
Sonda suallar cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu