Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 25 avqust 2017-ci il tarixində Ağdaş şəhər Mərkəzi Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbir zamanı xəstəxananın kollektivi ilə birlikdə təbii və texnogen xarakterli fövqəladə halların, o cümlədən meşə yanğınlarının yaranma səbəbləri, ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti və çimərlikdə təhlükəsizlik qaydaları kimi mövzular geniş müzakirə olunmuşdur.
Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Çimərlikdə davranış qaydaları”, "Məişətdə yanğın”, “Meşə yanğınları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.
Sonda suallar cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...
Ardını oxu