Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 22 avqust 2017-ci il tarixində “Qobustan” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin və “Qobustan” qəzetinin əməkdaşları iştirak etmişdir.

Toplantıda Mərkəzin əməkdaşları “Fövqəladə hallar barədə ümumi məlumat”, “Sel və daşqın”, “Torpaq sürüşməsi”, “Zəlzələ”, ”Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti” mövzularında məruzələrlə çıxış etmişlər.

Tədbirin sonunda əhalinin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirilməsində mətbuatın roluna dair fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu