Geri

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 22 avqust 2017-ci il tarixində Quba rayonu II Nügədi kənd həkim məntəqəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir. Tədbirdə yanğın, zəlzələ, meşədə və məişətdə yanğın zamanı və çimərlikdə təhlükəsizlik qaydaları kimi mövzular geniş müzakirə olunmuşdur.

Tədbir iştirakçılarına FHN-in fəaliyyət istiqamətləri və qurumları, fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti, yanğınların baş verməsində insan faktoru, sel və daşqın zamanı hərəkət qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin rolu mövzularında da ətraflı məlumat verilmişdir.

Sonda mövzularla bağlı video və fotoslaydlar nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu